Yanğına qarşı siqnalizasiya

Yanğına qarşı siqnalizasiya sistemləri binaların, obyektlərin, müəssisələrin bütün növlərində erkən mərhələdə baş verə biləcək yanğınların aşkar edilməsi, sakinlərə, təhlükəsizlik və yanğın bölmələrinə xəbərdarlıq edilməsi məqsədilə yaradılan qorunma sistemləridir.

Yanğına qarşı siqnalizasiya sistemləri qurularkən onların bütün texniki tələblərə uyğun olunması, vətəndaşlar və sahibkarlarda bu sistemlərə inam hissinin formalaşdırılması üçün bir sıra tədbirlər görülməlidir. Bütün növ təhlükəsizlik sistemlərinin zəruri olmasına baxmayaraq, yanğının binaya və sakinlərə vura biləcəyi ziyanı nəzərə alaraq, onun aşkarlanmasının nə dərəcədə əhəmiyyətli olduğunu görə bilərik. Yanğına qarşı siqnalizasiya sistemləri yanğına erkən müdaxilə, həm yanğının baş verdiyi zonanı, həm də yanğının baş verdiyi otağı müəyyən etməklə təmin edilir. Bu sistemlər yanğından mühafizə qaydalarına və müvafiq standartlara uyğun hazırlanmışdır.

Yanğına qarşı siqnalizasiya sistemlərinə yüksək mərtəbəli binalarda, fabriklərdə, biznes mərkəzlərində, xəstəxanalarda, insanların müxtəlif fəaliyyətlərlə məşğul olduğu binalarda ehtiyac günü-gündən artır. Binalarınızın tipi, istifadə məqsədi, böyüklüyü, memarlıq strukturu sizə təqdim edəcəyimiz sistemin müəyyən edilməsində həlledici rol oynayır. Sizin obyektiniz üçün qaydalarınız, standartlarınız, tələbləriniz üzərində geniş təhlil aparılaraq, tədqiqat həyata keçirilir. Tətbiq etmək istədiyiniz sistem müzakirə olunaraq, həyatın və əmlakın təhlükəsizliyi baxımından ziddiyyətlərin olub- olmaması araşdırılır. Ziddiyyətlərin olduğu təqdirdə onların aradan qaldırılması istiqamətində işə başlanılır. Qərar qəbul edildikdən sonra isə tətbiq layihələrinin hazırlanmasına başlanılır.

Quraşdırılma və proqramlaşdırılma başa çatdıqdan sonra isə təhlükəsizlik sistemi istifadənizə verilir. İlkin mərhələdə mühəndislərimiz sistemin işinə nəzarət edərək, zəruri hallarda kiçik proqramlaşdırma parametrlərini yerinə yetirirlər.

Bizim peşəkarlardan ibarət komandamız sizə yüksək səviyyəli xidmət göstərmək üçün daim ixtiyarınızdadır.

SUALINIZ VAR ?

Sahəmizlə bağlı istənilən sualınızı çəkinmədən verə bilərsiniz. Operatorlarımız sizi dinləməyə hazırdır.