Su təchizatı və kanalizasiya sistemləri

Bir çox müxtəlif sahələrə aid olan müəssisələr üçün, həmçinin də ofis, anbar və istehsal yerləri üçün eyni dərəcədə mühüm olan sistem su təchizatı və kanalizasiyanın təşkilidir.

Müəssisənin işinin stabilliyinə, buraxılan məhsulun keyfiyyətinə, o cümlədən, bütövlükdə iş prosesinin səmərəliliyinə zərərli təsir göstərən başlıca amillər layihələndirmə, montaj və ya su təchizatı sisteminin birləşdirilməsi mərhələsində buraxılmış səhvlərdir.

Bu səbəbdən də hüquqi şəxslər üçün nəzərdə tutulmuş su təchizatı və kanalizasiya sistemləri ilə bağlı icra olunacaq bütün xidmətlərin kompleksini çoxillik iş təcrübəsinə malik olan, bu sahə üzrə təlim keçmiş mütəxəssislərə etibar etmək lazımdır. Gələcəkdə sistemin xidməti prosesinin daha sürətli, daha etibarlı və daha davamlı fəaliyyətinə təsir göstərən başlıca amil layihələndirmə və montajın ixtisas dərəcələri olan mütəxəssislərin köməyi ilə aparılmasıdır.

Müəssisəni su təchizatına qoşmaq üçün ilkin mərhələ layihə sənədləridir. Bu tip işlərin yerinə yetirilməsi isə bunun üçün lisenziyaya, ixtisas sertifikatlarına və peşəkar icraçılara malik olan təşkilat tərəfindən aparılmalıdır. Layihəni hazırlayarkən ətraflı araşdırılma aparılaraq, memarlıq cizgiləri, sanitariya-texniki avadanlığın sxematik yerləşdirmə planları, hüquqi şəxslər üçün xüsusi əhəmiyyətə malik olan planlaşdırılan su təchizatı və kanalizasiya həcmlərinin normativ-əsaslandırılmış hesablamaları diqqətə alınır.

Müxtəlif nəzarətedici və təftiş təşkilatları ilə razılaşdırılmalı olan layihə sənədləri öyrənilmiş məlumatlara əsasən hazırlanır. Bu, çox vaxt, kifayət qədər uzun prosedur olmaqla qüvvə və vasitə tələb edir.

SUALINIZ VAR ?

Sahəmizlə bağlı istənilən sualınızı çəkinmədən verə bilərsiniz. Operatorlarımız sizi dinləməyə hazırdır.