Havalandırma sistemləri

İş prinsipi ilə fərqlənən bir neçə növü olan havalandırma sistemləri məkanın daxilində rahat mikroiqlimi təmin edən mühəndislik sistemidir. Hər bir ventilyasiya sistemi sanitariya normalarına uyğun olaraq bərabər hava axınlarını yaradır, burulmaları istisna edir ki , bu da onun seçilmiş tipdən asılı olmayaraq peşəkarlıqla quraşdırılmasını zərurət yaradır.

Ventilyasiya qurğularının təsnifatı və təyinatı


Mühəndislik sistemləri bir-birindən aşağıdakı əsas cəhətləri ilə fərqlənirlər:

  • təyinata görə — axın və ya sovurma;
  • konstruksiyaya görə — kanalsız və ya kanallı;
  • havaya təzyiqin yaradılması tipinə görə — mexaniki və ya təbii təhriklə;
  • xidmət sahəsinə görə — ümummübadilə və ya lokal.


Eyni zamanda bir neçə montaj üsullarını və təyinatları özündə birləşdirən digər sistemlər də mövcuddur.

Şirkətin mütəxəssisləri tərəfindən ventilyasiyanın aşağıdakı növləri hava mübadiləsinin yaradılması və müxtəlif təyinatlı yerlərdə havanın emalı üçün quraşdırılır:


  • iki sistemin komponentlərinin istifadə olunduğu axın-sovurma;
  • otaqda filtrasiyadan keçən mövcud havanın emalı vasitəsi ilə kondisiyalaşdırma;
  • xaricdən havanı soran, təmizləyən və nəmləndirən aqreqatlar quraşdırılmaqla axın ventilyasiya;
  • eyni zamanda ventilyasiya və kondisiyalaşdırmanı yerinə yetirən sistem;
  • sovurma lokal və ya otaqdan çirklənmiş havanı uzaqlaşdıran ümummübadilə ventilyasiyası;
  • əlavə qızdırıcı elementləri olan və ventilyasiya və isitməni yerinə yetirən (axın) sistem.


Ventilyasiyanın təşkilinin xüsusiyyətləri



Bir neçə ardıcıl mərhələdən ibarət olmaqla sistemin quraşdırılmasına başlanılır. Otaqların xarakteri və təyinatı ətraflı araşdırıldıqdan sonra layihələndirməyə başlanılır. Növbəti mərhələdə isə daxili sahə üçün lazım olan təmizlənmiş havanın miqdarını hesablamaq üçün onun ölçüləri götürülməsi ön plana çəkilir. Otağın ölçülərinə uyğun olaraq ventilyasiya sisteminin tam hesablanmasına isə bütün informasiya toplandıqdan və hazırlandıqdan sonra başlanılır.

Layihə sənədləri işlənməsinə lazımi materiallar və avadanlıq seçildikdən sonra başlanılır. Şirkətin peşəkarları mühəndislik sisteminin montajını və işə salma-sazlama işlərini layihə sənədlərinə əsaslanaraq həyata keçiririrlər. Hər bir mərhələdə yoxlama aparılır. Məqsəd isə yerinə yetirilmiş işlərin keyfiyyətini təsdiq etməkdir. Otaq üçün lazım olan komport mikroiqlimi təmin edilməsi şirkətin peşəkarları tərəfindən quraşdırılmış ventilyasiya hava mühitinin optimal vəziyyətini dəstəklənməsi ilə həyata keçirilir.

Bizim sistemin layihələndirilməsindən və montajından başqa, peşəkarlar tərəfindən bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq zəmanət xidməti və zəmanət dövründən sonra da qulluq xidmətlərimizdə mövcuddur.

SUALINIZ VAR ?

Sahəmizlə bağlı istənilən sualınızı çəkinmədən verə bilərsiniz. Operatorlarımız sizi dinləməyə hazırdır.