Sənaye müəssisələrində mühəndis işləri

Şirkətimiz sənaye müəssisələrində bir sıra genişmiqyaslı və mürəkkəb layihələrin mühəndislik işləri üzrə ixtisaslaşan şirkət kimi fəaliyyət göstərir.

Başlıca məqsədimiz keyfiyyətli, yüksək səviyyəli xidmət, rahat və qənaətli üsullarla optimal xidmət göstərilməsini təmin etməkdir. Şirkətimiz mühəndislik xidmətlərinin hər bir mərhələsində icra etdiyi işlərə, təhlükəsizliyin təminatına, mühüm qaydalara ciddi riayət edən şirkətdir. Kifayət qədər ixtisaslı işçi qüvvəsinə, təcrübəli sahə mühəndislərinə, idarəetmə komandasına malik olaraq, üzərimizə düşən işləri uğurla sahiblərinə təhvil veririk.

Göstərdiyimiz mühəndislik xidmətlərinə daxildir:


  • laboratoriya və eksperimental işlər,
  • layihələndirilmə,
  • montaj və boru kəmərləri,
  • cihazlara nəzarət,
  • tikinti,
  • polad və dəmir,
  • beton konstruksiyaları,
  • texnoloji avadanlıqların layihələndirilməsi və istehsalı


İlkin olaraq texniki spesifikasiyaların hazırlanması və ilkin mühəndislik paketinin hazırlanması icra olunur. Burada texnoloji avadanlıqların layihələndirilməsi,istehsalı,montaji sifarişçinin tələblərinə uyğun olaraq aparılır. Mühəndislik üzrə gördüyümüz bütün işlər keyfiyyətimizə uyğun olaraq, beynəlxalq standartlara uyğun həyata keçirilir.

Sənaye obyektlərinin idarəetmə sistemləri üzrə müştəri istəklərinə, ehtiyaclarına və tələblərinə uyğun olaraq fəaliyyət göstəririik. Həyata keçirdiyimiz layihələrdə bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq edərək və bütün növ mühəndislik xidmətlərini göstəririk. Bu sahə üzrə istənilən problemləri aradan qaldırmağa hazırıq. Müştəri məmnuniyyətini artırmaq məqsədilə yüksək keyfiyyətli xidmət göstərərək, öz müştərilərimizin etimadı ilə böyüməyə davam edirik.

SUALINIZ VAR ?

Sahəmizlə bağlı istənilən sualınızı çəkinmədən verə bilərsiniz. Operatorlarımız sizi dinləməyə hazırdır.