Çiləyici (sprinkler) sistemlər

Sprinkler alovun yayılmasının qarşısını almaq, onu aradan qaldırmaqla yanaşı, eyni zamanda yanğınsöndürmə alov ocağına effektiv və zamanında təsir göstərmək üçün nəzərdə tutulmuşdur. Onun toz, su və aerozol sistemləri mövcuddur. Binanın təyinatından və otaqlarının tipindən asılı olaraq onların hansı növündən istifadə olunacağı dəqiqləşdirilir. Təsnifat işə düşmə vaxtına görə aparılaraq sistemlər orta inersiyalı, tez təsir göstərən və inersiyalı növlərə ayrılır. Temperatur şərtlərinə görə su ilə doldurulmuş və havalı növlərə bölünən bu qurğular orta və ya uzunmüddətli təsirə malikdir.

Sprinkler çiləyici sistem necə işləyir


Avtomatik və əl üsulu ilə hərəkətə gətirilən sistemdir. Avtomatik üsulla hərəkətə gələn qurğunun işində insanın iştirakı zəruri deyildir, bunun başlıca səbəbi isə onun bütün proseslərə, yəni tüstülənməyə, alovun parıltılılıq dərəcəsinə, temperatur rejiminə diqqət etməsidir. Bu sistemin quraşdırılması prosesi bu sahə üzrə təlim keçmiş, çoxillik təcrübəyə peşəkarlar tərəfindən aparılır. Avadanlığı seçdikdən və layihəni işləyib hazırladıqdan sonra qurğunun quraşdırılmasına başlanılır.
Sulu sprinkler yanğınsöndürmə sistemi ən çox yayılmış və erqonomik sistemlərə aid edilir.

Paylaşdırıcı su kəmərində təzyiqin müəyyən səviyyəyə qədər düşməsi bu sistemin başlıca iş prinsipidir. Suvarma kanalında qıfıl temperatur artdıqda işə düşür. Növbəti mərhələdə isə boru kəmərində təzyiq altında olan su sprinklerlər vasitəsilə alovlanma ocağına səpələnərək onu söndürür. Nasoslar - işçi və ehtiyat nasos olmaqla, sistemin işini təmin edir.

Sulu sprinkler çiləyici sistemin montajı


Bu sistemin quraşdırılmasına şirkətin mütəxəssisləri tərəfindən sifarişçi ilə layihənin ətraflı müzakirəsindən, razılaşdırdıqdan və təsdiq etdikdən sonra mərhələlərlə başlayırlar:

  • Bütün lazımi avadanlıq və onun tərkib elementləri obyektə çatdırılır;
  • Rezin aralıqlardan istifadə etməklə xamıtlarda sinklənmiş boruların quraşdırılması həyata keçirilir;
  • Ştuserlər onların yerləşdiyi yerləri nişanlandıqdan sonra sprinklerlər üçün qaynaq edilir;
  • Asma tavanın hissəsini çıxarmaqla əsas boru kəməri yerləşdirilirərək onun arxasında tozlandırıcıların montajı həyata keçirilir;
  • Əvvəlcə işçi nasos, sonra da ehtiyat nasos quraşdırılması ardıcıllığı yerləşmə sxemi üzrə aparılır;
  • Rezin sıxlaşdırma ilə yerinə yetirilən cəftənin quraşdırılması suyun təzyiqini etibarlı şəkildə saxlayır;
  • Su üçün çən montaj edilməsi yanğın hidrantından boru kəməri vasitəsilə sonradan doldurmaqla həyata keçirilir;


Son mərhələdə peşəkarlar işə salma-sazlama işlərini yerinə yetirərək və sifarişçinin iştirakı ilə sistemin işini yoxlayıb, sahiblərinə uğurla təhvil verirlər.

Binanın xüsusiyyətlərindən, onun tipindən və təyinatından asılı olaraq sprinkler yanğınsöndürmənin bu və ya digər növünün seçimi həyata keçirilir. Sistemin istismarı mərhələsində mütəxəssislər onun servisi ilə yanaşı, eyni zamanda zəmanətli servisi xidməti də göstərirlər.

SUALINIZ VAR ?

Sahəmizlə bağlı istənilən sualınızı çəkinmədən verə bilərsiniz. Operatorlarımız sizi dinləməyə hazırdır.