Rabitə (zəif axın) sistemləri

Şirkətimizin əsas istiqamətlərindən biri olan kompüter şəbəkələrinin yaradılmasına aşağıdakı istiqamətlər daxildir:


  • lokal-hesablama şəbəkələri;
  • strukturlaşdırılmış kabel sistemləri;
  • verilənlərin işlənmə mərkəzləri;
  • telefoniya, videokonfrans əlaqəsi;
  • IT şəbəkələrin təhlükəsizlik sistemləri;
  • bildiriş sistemləri, gursəsli və axtarış-dispetçer əlaqə sistemləri;
  • vahid zaman sistemləri.


Şirkətimizin böyük təcrübə əldə etməsinin başlıca səbəbi rabitə (zəif axın) sistemlərinin layihələndirilməsi, qurulması və texniki müşayiəti sahəsində tam spektrli, kompleks xidmətlər göstərməsidir:
  • sifarişçinin mövcud infrastrukturunun auditinin keçirilməsi;
  • sistemin layihələndirilməsinə dair texniki tapşırığın işlənməsi;
  • texniki və işçi layihələndirmə;
  • tədarük, montaj və işə salma-sazlama işləri;
  • təhvil-təslim sınaqlarının keçirilməsi;
  • icra və istismar sənədlərinin yazılması;
  • tətbiq edilmiş sistemlərin servis dəstəyi.


Kabel şəbəkələrinin yüklənməsinin mühüm dərəcədə artmasına müasir inkişaf tendensiyaları səbəb olmuşdur, hansı ki, telekommunikasiyaların verilənlərin analoq ötürülməsindən rəqəmsal ötürülməsinə keçid edən çoxlu sayda səs, video, multimedia servislərini özündə əks etdirir.

Bu isə cari standartlara verilən uyğunluq, etibarlılıq və səmərəlilik kimi tələblərin artmasına, strukturlaşdırılmış kabel sistemlərinə gətirib çıxaran əsas amildir.
Şirkətimizin SKS qurulması sahəsində müxtəlif təyinatlı binaların, komplekslərin, sənaye obyektlərinin, məlumat emalı mərkəzi və s. şəbəkə infrastrukturunun həllərini həyata keçirməsi kifayət qədər tanınmasına, çoxillik iş təcrübəsinin daha da artmasına səbəb olur.

Fəaliyyətimizə obyektin texnoloji proseslərinin avtomatlaşdırılmış idarəetmə sistemləri (TPAİS) üçün mühəndislik infrastrukturunun işlənməsi və tətbiqi, həmçinin mühəndislik və ya İT-infrastrukturuna daxil olan bütün sistemlərin yaradılması və inteqrasiyasında ixtisaslaşma daxildir.

Şirkətimiz sifarişçilərə Məlumatların Emalı Mərkəzlərinin yaradılması üzrə bütün xidmətlər kompleksini təqdim edir:


  • MEM-in ekspertizası və planlaşdırılması
  • MEM-in layihələndirilməsi
  • MEM-in tikintisi
  • MEM-in mühəndislik təminatı
  • MEM-in zəmanətli fasiləsiz mühəndislik elektrik qidalanma sistemlərinin və kondisiyalaşdırılma sisteminin qurulması
  • MEM-in İT-infrastrukturunun qurulması və servis dəstəyi
  • MEM-in şəbəkə və avadanlığının monitorinqi
  • MEM-in istismarı və xidməti


"Mühəndislik sistemləri" şirkətinin məlumatların emalı mərkəzlərinin yaradılması üçün təcrübəli texniki mütəxəssislər, lazımi icazə sənədləri, müxtəlif mürəkkəblikdə obyektlərin qurulması sahəsində təcrübə, ən yaxşı dünya istehsalçıları ilə qurulmuş qarşılıqlı tərəfdaşlıq əlaqələri daxil olmaqla, öz şəxsi resurslar dəsti mövcuddur.

Vahid zaman sistemlərinin montajı üzrə kompleks işlər müxtəlif obyektlər (biznes mərkəzləri, ofislər, məktəblər və s) üçün "Mühəndislik sistemləri" şirkəti tərəfindən yerinə yetirir. İstehsalatda növbələrin başladığını və başa çatdığını bildirən siqnallar quraşdırılmasında əsas məqsəd belə sistemlərin köməyi ilə iri müəssisələrdə əməkdaşların işini sinxronlaşdırmaqdır. Bunlar eyni zamanda işıqlandırmanı və mürəkkəb avadanlığı tez-tez verilmiş zaman ərzində qoşmaq/söndürmək üçün də istifadə olunan sistemlərdir.

Tərəfimizdən təklif edilən xidmətlərin keyfiyyətinin ən yüksək səviyyəsinin birbaşa asılı olduğu amillərə daxili biznes-proseslərinin səmərəli təşkili sistemi, optimal fəaliyyət və kommunikasiya sxemləri daxildir.

SUALINIZ VAR ?

Sahəmizlə bağlı istənilən sualınızı çəkinmədən verə bilərsiniz. Operatorlarımız sizi dinləməyə hazırdır.