Avtomatlaşdırma sistemləri

  • Binaları avtomatlaşdırılmış idarəetmə sistemləri
  • Sənaye avtomatika və telemexanika sistemləri


Mürəkkəb daşınmaz əmlak obyektini asanlıqla idarə etməyə imkan verən ən mühüm məqam binanın müxtəlif sistemləri və komponentlərinin vahid intellektual mərkəzə düzgün inteqrasiyasını həyata keçirilməsidir ki, bu da şirkətimizin sertifikatlaşdırılmış peşəkar mühəndisləri tərəfindən reallaşdırılır.

Xidmətlərimiz sifarişçinin binanın həyat təminatını dəstəkləyən müxtəlif mühəndislik şəbəkələrini və obyektlərini, həmçinin texnoloji prosesləri operativ əlaqələndirmək və onlara nəzarət edə bilməsinə şərait yaradır.

İdarəetmə monitoru personal kompüterin köməyi ilə həyata keçirilərək sistemlərin bütün cari parametrlərinin, qəza və ştatdankənar vəziyyətlər barədə məlumatların və onların həlli ilə bağlı tövsiyələrin çıxarılmasını özündə əks etdirir. İstənilən vaxt hadisələrin xronologiyasının bərpa edilməsi mümkündür ki, buna əsas səbəb hadisələrin bütün tarixçəsinin sistemin yaddaşında qalmasıdır.

Avtomatlaşdırmanın tətbiqinin üstünlüklərinə aşağıdakılar daxildir:


  • binanın bütün mühəndislik sistemləri üzərində eyni zamanda operativ nəzarət imkanı və uzaqlaşdırılmış idarəetmə;
  • istismar xərclərinin azaldılması avadanlığın iş parametrlərinin optimal şəkildə tənzimlənməsi hesabına formalaşır;
  • qəza və ştatdankənar vəziyyətlərin qarşısının alınması, işin fasiləsizliyinin təmin edilməsi, mühəndislik sistemlərinin sıradan çıxmasının vaxtında proqnozlaşdırılması;
  • xidmət heyətinə çəkilən xərclərin azaldılması;
  • daşınmaz əmlak obyektinin sığortasına çəkilən xərclərin azaldılması;
  • binanın təhlükəsizliyinin artırılması;
  • yeni avadanlığın artırılması və gələcəkdə onun yeni obyektlərdə tətbiq edilməsi mümkün olan.


Biz aşağıdakı obyektlərin spesifikasını sifarişçinin müxtəlif fəaliyyət sferalarına uyğun olaraq avtomatlaşdırma sistemlərinin tətbiqi üzrə layihələrin işləyərkən mütləq diqqətə alırıq:


  • istehsal müəssisələri;
  • biznes mərkəzləri;
  • ticarət-əyləncə kompleksləri;
  • idman-konsert kompleksləri;
  • mehmanxanalar;
  • müasir yaşayış kompleksləri;
  • iri təhsil müəssisələri.


Şirkətimiz "istifadəyə hazır" binaların istənilən mürəkkəblikdə idarəetmə sistemlərini yaradılmasına müxtəlif istehsalçıların avtomatika sistemlərinin mümkün inteqrasiyası ilə nail olur. Həm kiçik obyektlərin, həm də mürəkkəb mühəndisliyi olan iri binaların sistemlərinin montajı üzrə bütün işləri qısa vaxtda səmərəli yerinə yetirməyə imkan verən üstünlüyümüz çoxillik iş təcrübəmiz, ən gücləndirilmiş rejimdə belə fəaliyyət göstərməyi bacaran mütəxəssislərimiz , aparatura və dispetçer texnologiyaları sahəsindəki biliklərimizdir.

SUALINIZ VAR ?

Sahəmizlə bağlı istənilən sualınızı çəkinmədən verə bilərsiniz. Operatorlarımız sizi dinləməyə hazırdır.