Şirkət haqqında

Al-Cond Engineering şirkəti Systemair, Fujitsu-General, Baymak, Dogu klima, BBD Kong Konk, ELKO UP və bir çox başqa məşhur dünya brendlərinin iqlim avadanlığının rəsmi dileridir.

Şirkətimiz ən müasir texnologiyalar üzrə işləyir və istənilən mürəkkəblikdə mühəndislik sistemlərinin yaradılmasında yeni imkanları açan həllər təklif edir. Şirkətimizin ştatı ən yüksək səviyyəli peşəkarlar komandasıdır. Biz mütəmadi olaraq mütəxəssislərimizin zavodlarda və avadanlıq istehsal edən şirkətlərin tədris mərkəzlərində təlimini keçiririk. Biz sifarişçinin bütün arzularını nəzərə almaqla ən yüksək səviyyədə ventilyasiya və havanın kondisiyalaşdırılması, istilik, su təchizatı və kanalizasiya, elektrik və aşağı cərəyan sistemləri sahəsində layihə və montaj işlərini yerinə yetiririk.

Bizim profilimiz ən mürəkkəb tikinti obyektlərində istənilən montaj və işə salma-sazlama işləri ilə müşayiət edilən optimal mühəndislik həlləridir. Servis və texniki xidmət. Təmir işləri. Audit, ölçmə, iqlim sistemlərinin texniki müayinəsi və pasportlaşdırılması.

Üstünlüklərimiz:


  • Peşəkarlar komandası. Bizim mütəxəssislərimiz 500-dən çox layihə yerinə yetirmiş və müntəzəm olaraq yenidən təlim və ixtisasartırma keçirlər. Ən müasir avadanlıqla iş apamaq. Biz məşhur dünya brendlərinin dileriyik və dünyanın ən yeni texnoloji tendensiyalarını nəzərə almaqla fəaliyyət göstəririk.
  • Öz şəxsi servis xidmətimizin olması. Biz avadanlığın lisenziyalışdırılmış təmirini, kompleks zəmanət xidməti və zəmanət dövründən sonrakı qulluğunu həyata keçiririk.
  • Öz şəxsi layihə qrupumuzun olması. Biz innovasiya texnologiyalarını tətbiq etməklə istənilən mürəkkəblikdə mühəndislik həlləri işləyirik.
  • Müştəriyə fərdi yanaşma. Bizim üçün müştəri arzularını, o cümlədən ödəniş və xidmət məsələlərində arzularını nəzərə almaqla işlədiyimiz uzunmüddətli tərəfdaşdır.
  • Göstərilən xidmətlərin keyfiyyətinə zəmanət. Bütün xidmətlərimizə 3 il tam zəmanət verilir, avadanlıq bizdən əldə edildiyi təqdirdə, zəmanət ona da şamil olunur.


Bizim iş prinsiplərimiz:


  • İdarəetmənin səmərəliliyi – obyektin sifarişçiyə daha tez gəlir gətirməyə başlaması üçün obyektin vaxtından əvvəl təhvil verilməsi.
  • Mühəndislik həllərinin optimallığı – tikinti xərclərinin və müddətlərinin azaldılması.
  • Logistika - layihənin həyata keçirilməsi üçün ən mühüm komponentlərdən biri olmaqla yanaşı, çox vaxt ən pis idarə olunan proseslərdən biridir. Biz bu amili nəzərə alırıq və Sizin biznesinizə Sizin qədər ciddi yanaşırıq.
  • Mühəndislik və interyer dizaynı – bir layihənin çox vaxt mühəndis və dizaynerlərin mübahisə predmeti olan iki tərəfidir. Biz çalışırıq ki, inşaat layihəsi mühəndislik nöqteyi-nəzərindən optimal, dizayn nöqteyi-nəzərindən həmahəng olsun.
  • Və nəhayət, biz sifarişçilərimizin razı qalması üçün büdcə, icra qrafiki və montaj işlərinin keyfiyyəti arasında balansa necə nail olmağı bilirik.


Biz necə işləyirik:


Layihənin həyata keçirilməsində ilk addım onun uğurlu olması üçün həlledici əhəmiyyətə malikdir. Buna görə də istənilən layihəyə başlamazdan əvvəl biz Sifarişçini diqqətlə dinləyirik. Onun ideyalarını, arzularını dərk edirik. Bizim üçün Sifarişçinin bu layihədən nə gözlədiyini lap başdan düzgün müəyyən etmək əhəmiyyətlidir.

Biz Sizin biznesiniz üçün təkcə innovasiya deyil, həm də fərdi həlləri yalnız düzgün suallar verməklə təklif edə biləcəyik.

  • Konseptual planlaşdırma
    Bu, Sfarişçinin cizgi və layihələrə təcəssüm edilmiş ideya və arzularıdır. Yalnız bundan sonra biz Sizin risklərinizi, potensial problemlərinizi və xərclərinizi qiymətləndirməyə kömək edəcəyik. Və yalnız bundan sonra işə başlayırıq.

  • İşləyicilər komandasının idarə edilməsi
    Orkestrin maestrosu kimi, biz memar, mühəndis, landşaft memarları, interyer dizaynerləri, işıqlandırma üzrə məsləhətçilər, akustika analitikləri və son planların solo çıxışları silsiləsi yox, simfoniya olması üçün Sizə lazım olan başqa ixtisas sahiblərinin işini aparmağı, yönəltməyi və əlaqələndirməyi bacarırıq.

  • Dəyərə, keyfiyyət və qrafikə nəzarət
    Bu, neçəyə başa gələcək? Bu, düzgünmü edilmişdir? Mən nə vaxt köçə biləcəyəm? Bunlar layihənin gedişində verilən üç ən çox yayılmış sualdır və biz onlara cavab verəcəyik. Təcrübəli menecerlərdən ibarət olan komandamız bilir ki, Sizin büdcənizin və qrafikin qorunması Sizin layihənizin uğurunun açarıdır, hazır layihənin keyfiyyəti isə yaxşı yerinə yetirilmiş işin irsidir.